Təlimçi | Ekspert | Mütəxəssis
Şəxsi və Peşəkar İnkişaf, Liderlik və Natiqlik üzrə Təlimçi
“Biliklə həyata yeni məna qazandırmaq mənim missiyamdır”
Samir Mirsamid oğlu Salayev 09 fevral 1988-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunda anadan olmuşdur. 15 ildən artıqdır ki, şəxsi və peşəkar inkişaf sahəsində peşəkar təlimçi və ekspert kimi fəaliyyət göstərir.
2005-ci ildə Lənkəran Dövlət Universitetinin pedaqoji ixtisasına qəbul olmuş, ali təhsilin Bakalavr, Magistratura və Doktorantura pillələrini uğurla başa vurmuşdur. 2010-cu ildən etibarən peşəkar səviyyədə təlimçilik fəaliyyətinə başlamışdır.
Hazırda Elm Tədris Akademiyası Tədris Mərkəzinin həmtəsisçisi və direktorudur. Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzinin müdiri vəzifəsini icra edir. Beynəlxalq sertifikatlı təlimçidir və Azərbaycan Respublikasının Gənclər Fondunun təlimçilər bazasının üzvüdür.
Samir Salayev qrant müsabiqələrində qalib olan 15-dən çox layihənin müəllifidir. 100-dən çox layihənin konsultantıdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, QHT Agentliyinin, Dövlət Turizm Agentliyinin, Gənclər Fondunun, KOBİYA, ABŞ-ın Azərbaycan səfirliyi, kimi nüfuzlu hökümət və qeyri-hökümət təşkilatlarının layihələrində layihə rəhbəri, təlimçi, ekspert və koordinator vəzifələrini uğurla icra edib. Universitet iş karyerası boyunca 2008-2018-ci illərdin müxtəlif zamanlarında Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Beynəlxalq Əməkdaşlıq Şöbəsi kimi ciddi bölmələrə rəhbərlik edib. Yerli və xarici tədbirlərdə iştirak edib. Uğurlu fəaliyyətinə görə dəfələrlə rəhbərliklər tərəfindən təşəkkürnamələr və fəxri fərmanlarla təltif olunub. V və VI Azərbaycan Gənclər Forumunun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cənub bölgəsi gəncləri ilə görüşünün fəal iştirakçısıdır. Fəaliyyəti boyunca əsas hədəfi faydalı olmaqdır. Bugün etimad göstərən fərdlər və təşkilatlarla səmərəli əməkdaşlığı uğurla davam edir.